01 Noyabr 2020 04:42

Paşinyan-PKK işbirliyi: Ermənistanın Qafqazı “barıt çəlləyi”nə çevirmək planları

“Ermənistan Yaxın Şərqdəki terrorçu qrupları Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirir. Həmin terrorçu qruplar hərbi hazırlıq və diversiya əməliyyatları üzrə ixtisaslaşmış döyüşçülərdən ibarətdir”.

Misirin nüfuzlu “Qahirə24” agentliyi və Rusiyanın gazeta.ru informasiya portalı Paşinyan hökumətinin terrorçularla işbirliyi və terrorçu dövlət olan Ermənistanın Qafqazı Yaxın Şərq kimi “barıt çəlləyi”nə çevirmək planlarından yazıb.

Əvvəlcə Misirin Qahirə24.com saytında dərc olunan sensasiya sayıla biləcək məlumatdan başlayaq. “Uğursuz hökumətlər terrorçu ünsürlərdən yararlanmağa çalışır” başlıqlı məqalədə Ermənistanın bu ilin iyul ayında Azərbaycanın dövlət sərhədində törətdiyi təxribatdan sonra Yaxın Şərqdəki PKK terrorçularının öz ordu sıralarına inteqrasiya edilməsi əməliyyatlarından söhbət açılır. Bildirilir ki, PKK terror təşkilatı və onun Suriyadakı qolu olan PYD-nin döyüşçüləri Ermənistana, oradan da işğal altındakı Dağlıq Qarabağa yerləşdirilib. İraq və Suriyadan həmin terrorçuların daşınmasında İrandan tranzit ölkə kimi istifadə olunduğu qeyd olunub.

 

Misir informasiya resursunun əldə etdiyi məlumata görə, iyul ayında Ermənistana göndərilmiş 25 nəfərlik terrorçu qrup Türkiyədən İraqa keçərək PKK-nın Kandildəki düşərgəsində toplaşıb. İranın Urmiya şəhərində yerləşən “Qüds İslam İnqilabı Keşikçiləri Korpusunun” “Həmzə” mənzil qərargahında bir neçə gün qaldıqdan sonra 25 nəfərlik terrorçu qrup Ermənistana keçib.

Məqalədə 25 nəfərlik qrupdan əlavə, daha iki terrorçu qrupun Ermənistana göndərilmək üzrə olduğu qeyd olunub. Yeni mövqelər tutmaq üçün “zərbə qrupu” rolunu oynayacaq 250 nəfər PKK terrorçusunun Ermənistana keçmək üçün hazırda İranda gözlədikləri, əlavə 25 nəfərlik qrupun isə İraqın Ərbil şəhərinin cənubunda yerləşən Maxmur hərbi bazasına yerləşdirildiyi, daha sonra isə “Hizbullah” təşkilatının İraq qolu olan “Hərəkat əl-Nücab”ın mənzil qərargahına köçürüldüyü, oradan isə İranın Kirmanşah vilayəti və İlam şəhərlərinə gətirildiyi bildirilib.

Məlumatlarda işğalçı ölkəyə yerləşdirilən qrupların hücumlar təşkil etməkdə ixtisaslaşmış döyüşçülərdən ibarət olmasının göstərilməsi, Ermənistan ordusunun diversiya və terror üsulları ilə Azərbaycana qarşı yeni hücum planlarının olduğuna işarə vurulur.

Yazıda digər maraqlı məqam isə Ermənistanın PKK terrorçularına onlar tərəfində döyüşməyi müqabilində pilotsuz uçuş aparatlarından müdafiə üçün Rusiya istehsalı raket komplekslərinin verməsi haqqında məlumatın əks olunmasıdır. Saytın yazdığına görə, Ermənistandan Rusiya istehsalı raket kompleksinin PKK-ya göndərilməsi üçün terrorçu təşkilatın Kandildəki komandiri Cəmil Bayik vəzifələndirilib.

Gələk məlum məsələ ilə bağlı Rusiyanın gazeta.ru saytının yazdığı məqaləyə… “Ermənistanın Yaxın Şərqdə fəallığı: Rusiyanı necə təhdid edir” başlıqlı yazıda müəllif Nikolay Korsakov işğalçı ölkənin xarici işlər nazirinin Yaxın Şərq turnesi fonunda İrəvanın bu regionda fəallaşması Moskva üçün hansı risklər yaradır sualına cavab axtarmağa çalışıb. Ermənistanın bu istiqamətdə xarici siyasət fəallığını Türkiyə faktoru ilə əlaqələndirən müəllif PKK silahlılarının Qarabağa daşınmağa başlaması barədə məlumatlara diqqət çəkib.

Məqalədə qeyd edilir ki, bu cür fəallıqla Ermənistan nəticələri ağlasığmaz olan təhlükəli regional prosesləri başlatmaqla risk edir. Ermənistan Azərbaycanla danışıqlar prosesini o cümlədən daxili siyasi maraqlarına görə pozaraq və yeni hərbi əməliyyatlar riski ilə üzləşərək indi Suriya və İraqdan gətirilən terrorçuları istifadə etmək, nəticədə mümkün döyüş əməliyyatlarında öz ordusunun şəxsi heyət itkilərini azaltmaq məqsədi güdür. Bu əməliyyatın Ermənistan Müdafiə Nazirliyi səviyyəsində aparıldığını vurğulayan rusiyalı müəllif, rəsmi İrəvanın bu günlərdə ölkədə “xalq özünümüdafiə dəstələrinin” yaradıldığını elan etməsinə istinad edib. Bildirib ki, “xalq özünümüdafiə dəstələri” xaricdən muzdluların cəlb edilməsi və döyüş əməliyyatlarında istifadə olunması üçün əla pərdələyici vasitədir.

Müəllif vurğulayıb ki, beynəlxalq ictimaiyyətin diqqətini öz fəaliyyətindən yayındırmaq üçün Ermənistan nazirlər və Qarabağ erməniləri səviyyəsində Azərbaycana hansısa terrorçuların, hətta İŞİD üzvlərinin gətirildiyi barədə məlumatları ictimai məkanda dövriyyəyə buraxmağa çalışır. Hansı ki, bu, hələ 2016-cı ilin aprel müharibəsində sınaqdan keçirilmiş olduqca zəif “feyk”dir.

Bununla da rusiyalı müəllif Tovuzdakı sərhəd insidentindən sonra yerli mediada Türkiyənin guya Azərbaycana silahlı muzdlular və terrorçular göndərməsi ilə bağlı tirajlanan məlumatların erməni təbliğatı və “feyk” xəbər olduğunu təsdiqləmiş olub.

N. Korsakov PKK qüvvələrini regiona yerləşdirən İrəvanın Dağlıq Qarabağ ətrafındakı münaqişəni beynəlmiləlləşdirməyə çalışdığını da yazıb. Onun sözlərinə görə, Rusiyanın “burnunun ucuna”, Cənubi Qafqaza Yaxın Şərqdən hərbiləşdirilmiş qruplaşmaların muzdlularını cəlb etmək, Rusiyaya yaxın regionda xarici qüvvələr tərəfindən idarə edilən elementlərin də iştirakı ilə artan hərbiləşmə açıq-aşkar Kremlin maraqlarına ziddir.

2015-ci ildən Rusiya terrorçularla uzaq cəbhədə mübarizə aparmaq, onların sərhədlərinə yaxınlaşmasına imkan verməmək üçün öz qüvvələrini Suriyaya göndərib. Bu gün isə İrəvan bunun tam əksi olaraq Yaxın Şərqdən terrorçu elementləri Rusiyanın sərhədləri yaxınlığına idxal edir.   /lent.az/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri