02 Dekabr 2020 22:56

Ərdoğanın çıxışı yayımlanarkən İsrail səfiri salonu tərk etdi – VİDEO

BMT-də Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın videoçıxışı yayımlanarkən İsrail səfiri salonu tərk edib.

Turkustan.info “Hurriyet”ə istinadla xəbər verir ki, BMT-də yayımlanan videoçıxışı belədir:

“Üç böyük dinin müqəddəslərinə ev sahibliyi edən Qüdsün məhrəmiyyətinə əl uzadan çirkli əllər cürətini getdikcə artırır. Fələstin xalqı İsrailin bütün təzyiq, şiddət və bezdirmə siyasətinə yarım əsirdən çoxdur sinə gərir. Fələstini ələ almaq üçün bəzi adlar altında edilən cəhdlər baş tutmadı. İndi də İsrail və tərəfdaşları qalanı içəridən fəth etmək cəhdlərini sürətləndiriblər. Türkiyə olaraq Fələstinin razı olmadığı heç bir plana dəstək verməyəcəyik”.

Türkiyə prezidentinin bu çıxışı yayımlanarkən İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan salonu tərk edib.

Paylaş: