27 Noyabr 2020 21:06

Lukaşenko Belarus prezidenti vəzifəsinə başladı

“Ölkəyə sadiq qalan heç bir belaruslunu tərk etmək hüququm yoxdur”.

Turkustan.info “Kommersant”a istinadən xəbər verir ki, Belarus Prezidenti Lukaşenko bu sözləri özünün inaqurasiya mərsimində dilə gətirib. Açılış mərasimi İstiqlal Sarayında baş tutub. 

O, sağ əlini konstitusiyaya qoyaraq Belarus dilində and içib. Sonra andiçmə aktını imzalayıb. Növbəti mərhələdə isə Belarusiya Seçki və Respublika Referendumlarının Keçirilməsi üzrə Mərkəzi Komissiyasının sədri Lidiya Yermoşina Aleksandr Lukaşenkoya Belarus Respublikası Prezidentinin sertifikatını təqdim edib.

Mərasimdə çox insan iştirak etməyib. İştirakçılar arasında yüksək vəzifəli şəxslər, Nümayəndələr Palatasının deputatları və Respublika Şurasının üzvləri, dövlət qurumlarının rəhbərləri, dövlət KİV-ləri və s. iştirak edib. 

Qeyd edək ki, bununla da prezident səlahiyyətlərinin icrasına başlayan Lukaşenkonun 2015-ci ildəki inaqurasiya mərasimində diplomatik korpusun nümayəndələri və xarici qonaqlar da daxil olmaqla 1000-dən çox qonaq iştirak edib.  /Yeniavaz.com/

Paylaş: