27 Noyabr 2020 09:08

Millət vəkili Aqil Məmmədov seçicilərlə fərdi qəbul keçirib

Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov Bakı şəhərində məskunlaşmış seçicilərlə görüşüb.

Görüşlər məcburi köçkün seçicilərin müraciətləri əsasında karantin qaydalarına uyğun olaraq fərdi şəkildə keçirilib.

Görüşlərdə seçicilər tərəfindən müxtəlif mövzulada qaldırılan məsələlər dinlənilib. Millət vəkili A.Məmmədov seçiciləri əmin edib ki, onları narahat edən məsələlərlə bağlı müvafiq dövlət qurumlarına deputat sorğuları və müraciətlər göndəriləcək.

Paylaş: