02 Dekabr 2020 22:50

Pentaqon şefi: Bu ölkəni ən güclü edəcəyik

İsrailin Yaxın Şərqdə təhlükəsizliyini və hərbi üstünlüyünü gücləndirəcəyik.

Turkustan.info xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper İsrail Müdafiə naziri Benni Qantzla görüşü zamanı deyib.

“Bizim tərəfdaşlığımız ümumi dəyərlər, maraqlar və qayğılar üzərində qurulub. Bizim hərbi əməkdaşlığımızın təməl daşı İsrailin regionda hərbi üstünlüyünün saxlanılmasıdır. İsrailin təhlükəsizliyinin təmini ilə bağlı çoxdankı prioritetimizi dəstəkləməyə davam edəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, Qantz hazırda ABŞ-da səfərdədir. O, Esperlə bərabər ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli ilə də görüşüb.  /Axar.az/

Paylaş: