30 Noyabr 2020 04:51

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti prosesi o qədər nizamlı təşkil edib ki…” – Baş redaktor

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması müharibə şəraitində olan Azərbaycan üçün əhəmiyyətli məsələdir”.

Turkustan Media Qrupunun rəhbəri Aqil Camalın sözlərinə görə bu toplanışla bağlı bəzi narahatlıqları anlamaq çətindir: “Birincisi, ehtiyatda olan hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılmasını olduqca müsbət qiymətləndirirəm. Onlar ona görə ehtiyatda olan zabit hesab olunurlar ki, lazım olan anda xidmətə çağrıla bilərlər. Bu baxımdan, xüsusilə ehtiyatda olan zabitlərimizin ailə üzvləri, yaxınları bu reallığı qəbul etməlidirlər.

Digər tərəfdən, toplanış prosesi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elə nizamlı və professional şəkildə təşkil olunub ki, təlimlərə cəlb olunmuş ehtiyatda olan zabitlərlə bağlı narahat olmağa yer qalmır. Xidmətin üzərinə düşən vəzifələri uğurla yerinə yetirdiyinin şahidiyik. Arzu edirik ki, bu təlimlər ordumuzun qalibiyyət yürüşünə öz töhfəsini versin. Zabitlərimiz evlərinə qalib kimi dönsünlər”.

Paylaş: