26 Oktyabr 2020 07:42

Azərbaycanda milli düşüncə və rus məktəbləri: “Elə bir mühit yaradılmalıdır ki…” – Keçmiş nazirdən TÖVSİYƏ+VİDEO

Ölkədə rus məktəblərinin bağlanması və ya fəaliyyətini davam etdirməsi məsələsi ətrafında mübahisələrin sonu görünmür.

Rus məktəblərinin bağlanması tərəfdarlarını “cahil” adlandırmaqla özünü hədəfə gətirən Xalq yazıçısı Çingiz Abdullayev bu dəfə Azərbaycanın dahi şəxsiyyətlərinin yüksəlişini onların rusca təhsil almaları ilə əlaqələndirib. O, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

Aktuallığı azalmayan bu problemi Yenicag.az-a dəyərləndirən keçmiş təhsil naziri, professor Firudin Cəlilov bildirib ki, rus məktəblərinə dair mübahisə aparmaqdansa, ölkədə milli düşüncəni inkişaf etdirmək daha məqsədəuyğnudur:

“Mənə belə gəlir ki, bu mübahisələrlə nəyisə dəyişmək olmaz. Əsas olan ölkədə milli düşüncəni dərinləşdirməkdir. Belə olduqda, rus məktəbləri ilə bağlı mübahisəyə də ehtiyac qalmayacaq.

Nazir olduğum 1992-ci ildə mənə məlumat verdilər ki, Azərbaycanda 10 rus məktəbi bağlanıb. Bu, mənə təəccüblü gəldi. Çünki bununla əlaqədar heç bir göstəriş verilməmişdi.

Ancaq o məktəblərin bağlanmasının səbəbi bu idi ki, soydaşlarımız uşaqlarını rus məktəblərindən çıxarırdılar. Yəni milli ruh çox yüksək idi, insanlarımız övladlarının ana dilində təhsil almalarını istəyirdilər. İndi də elə bir mühitin yaradılmasına ehtiyac var”.

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri