26 Oktyabr 2020 07:25

Qənirə Paşayeva Əməkdar incəsənət xadimi Arif Babayevi xoş sözlərlə yad etdi

Bugün Azərbaycanın tanınmış kinorejissoru, televiziya rejissoru, Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan kinosunda “müəllif” kinosunun nümayəndələrindən olan Arif Babayevin doğum günüdür.

Arif Hacı oğlu Babayev (24.09.1928, Bakı – 26.08.1983, Bakı) –1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Rejissorluq fakültəsində təhsil alıb. 1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio komitəsində (indiki “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində) çalışıb. 1964-cü ildən “AzərbaycanFilm” kinostudiyasında bir neçə sənədli, 8 tammetrajlı bədii və 1 qısametrajlı bədii film çəkib.

Keçmiş SSRİ miqyasında keçirilmiş müxtəlif kinofestivallarda “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Ömrün ilk saatı”, “Birisigün, gecəyarısı…” filmləri ilə iştirak edərək, mükafatlar almış kinorejissor, “Əməkdar incəsənət xadimi” fəxri adına (29.06.1964) və “Azərbaycan Dövlət Mükafatı”na (1986) layiq görülüb. Rejissor kimi: -“Xəzər sahilində şəhər” (1962; qısametrajlı sənədli film), -“Şən əhvalatlar” (1963; qısametrajlı sənədli film), -“Şəhərimizin uşaqları” (1964; qısametrajlı sənədli film), -“10 dəqiqə poeziya” (1965; qısametrajlı sənədli film), -“Bahar gəlir” (1965; qısametrajlı sənədli film), -“Şəhər üzərində mahnı” (1965; qısametrajlı sənədli film), -“Şirəli dağdan endi” (1966; qısametrajlı sənədli film), -“İnsan məskən salır” (1967; tammetrajlı bədii film), -“Uşaqlığın son gecəsi” (1968; tammetrajlı bədii film), -“Gün keçdi” (1971; tammetrajlı bədii film), -“Ömrün ilk saatı” (1973; tammetrajlı bədii film), -“Alma almaya bənzər” (1975; tammetrajlı bədii film), -“Arxadan vurulan zərbə” (1977; tammetrajlı bədii film); Ssenari müəllifi kimi: -“Şəhərimizin uşaqları”, -“10 dəqiqə poeziya, -“Artek”in bütün qızılı” (1965; qısametrajlı sənədli film), -“Bahar gəlir”, -“Biz arzu edənlər nəslindənik” (1965; qısametrajlı sənədli film); Aktyor kimi: -“İnsan məskən salır”, -“Bizi bağışlayın” (1979; tammetrajlı bədii film) və bir çox başqa filmin araya-ərsəyə gəlməsində əmək sərf etmiş, məhsuldar yaradıcılıq yolu keçmiş Arif Babayevin işıqlı xatirəsi onu tanıyanların, sənət yoldaşlarının, sənətsevərlərin xatirəsində yaşayır. 2000-ci ildə “Kinorejissor Arif Babayev” sənədli filmi, həmçinin onun həyat və fəaliyyətinə həsr olunmuş televiziya filmləri çəkilib.

RUHU ŞAD OLSUN!

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri