26 Oktyabr 2020 08:02

Qənirə Paşayeva Xalq rəssamı Fuad Salayevi TƏBRİK EDİB

Bugün Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki,“Şöhrət” ordenli heykəltəraş Fuad Salayevin doğum günüdür.

Fuad Məmmədəmin oğlu Salayev (24 sentyabr 1943, Bakı) –təhsilini öncə Ə.Əzimzdə adına Rəssamlıq məktəbində, sonra isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda alıb. Bir sıra xarici ölkələrdə keçirilən heykəltəraşlıq üzrə beynəlxalq simpoziumların, həmçinin respublikada və xaricdə keçirilən sərgilərin iştirakçısı olub.

Yaradıcılığının ilkin dövründə qadın obrazlarına üstünlük verib. Onun bu silsilədən “Gənc qadın”, “Ana”, “Zəhmətkeş qadın” və b. əsərlərini göstərmək olar. Heykəltəraşın “Gənc ana” heykəli Moskvada (keçmiş) SSRİ Rəssamlıq Akademiyasının xüsusi diplomuna layiq görülüb. Fuad Salayevin sonrakı yaradıcılığında yer alan fəlsəfi xarakterli əsərlər sırasına “Ekvilibrist”, “Kələfin ucunu axtaranlar”, “Qıl körpüsü”, “Qiyamət günü”, “Tarazlıq” və b. abidələri örnək ola bilər. Əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Türkiyə, Rusiya, Kanada, İngiltərə, İtaliya, Yaponiyada muzey, fond, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Əsasən bürünc üzərində işləyir, həmçinin digər materiallardan istifadə edir. Rəssamın “Simvol ilə maili qüllə” (bürünc), “Şaquli” (bürünc), “Fəza kompozisiyası” (bürünc) işləri məşhurdur.

Görkəmli sənətkar indiyədək bir sıra fəxri ad və mükafatlara layiq görülüb: -“Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adı (04.03.1992), -“Azərbaycan Respublikasının Xalq rəssamı” fəxri adı (30.05.2002), -“Şöhrət” ordeni (21.09.2013; Azərbaycan Respublikasında heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə); -“Soltan Məhəmməd” mükafatı (Ən yaxşı heykəltəraşlıq işlərinə görə) və b.

Dəyərli sənətkarımızı təbrik edir, yeni yaradıcılıq uğurları arzu edirik!

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri