27 Oktyabr 2020 15:57

“Qapalı şəraitdə toy etmək olar” – ŞƏRTLƏR AÇIQLANDI

Avropa ölkələrində koronavirus pandemiyasının ikinci dalğası yayılmağa başlayıb. İngiltərə, İspaniya, Fransa, Almaniya, İtaliyada vəziyyət yenidən kritik həddə doğru gedir.

Sözügedən ölkələrdə epidemioloji vəziyyətin pisləşməsi, həmin ölkələrdə yoluxmaya qarşı qabaqlayıcı tədbirlərin yenidən sərtləşdirilməsi zərurətini ortaya çıxarıb.

Belə bir məqamda Azərbaycanda yoluxmanın kontrolda saxlanılması oktyabrın 1-də başa çatacaq xüsusi karantin rejiminin uzadılmaması, toylarla bağlı qadağanın aradan qaldırılması kimi məsələləri gündəmə gətirir.

Turkustan.info xəbər verir ki, Milli.Az-a açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev toylarla bağlı icazənin mümkün olduğunu bildirib:

“Xüsusi karantin rejimin yenidən uzadılıb-uzadılmaması önəmli deyil, önəmli olan karantin rejimin şərtləridir.

Rejim uzadıla bilər, amma hansı şərtlər daxilində?! Hazırkı karantin rejimi uzadılsa belə, rayonlar, şəhərlərarası məhdudiyyətlər yoxdur. Kafelər, restoranlar da saat 12-yə kimi işləyir.

Düzdür, bir çox bəzi əyləncə mərkəzləri açılmasa da, insanların ehtiyaclarını qarşılayacaq yerlər açıqdır. İnsanlar artıq rahat çölə çıxa bilirlər, əvvəlki kimi sms icazə və digər məhdudiyyətlər yoxdur. Bu şərtlər daxilində karantin rejiminin gündəmdə olması normaldır.

Çünki Avropanın bir çox ölkələrində COVİD 19-la bağlı epidemioloji vəziyyət artıq yenə kritik həddə çatıb. Düşünürəm ki karantinin müddəti uzadılmalıdır. Ancaq şərtlər isə günümüzdəki yoluxma hallarının sayına uyğun olaraq tənzimlənməlidir.

Amma toyların keçirilməsi icazəsilə bağlı bir fikir söyləyə bilmərəm. Mövcud vəziyyətdə hansı şərtlər daxilində toylara icazə verilə bilər?!

Havaların soyuduğu bir vaxta gedirik. Açıq havada da toy etmək olmaz. Düşünürəm, qapalı şəraitdə, bəlkə də, az insanların olduğu bir mühitdə toy etmək olar. Amma toylarla bağlı icazə mənim səlahiyyətim daxilində deyil”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri