27 Oktyabr 2020 15:38

Azərbaycanda dəhşətli hadisə: Qızı çöllükdə lüt soyundurdu – VİDEO

Bir neçə gündür Neftçala rayonunda 17 yaşlı qızın şantaj olunaraq qeyri-etik fotolarının çəkilməsi sosial şəbəkələrdə ciddi müzakirə olunur. Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən Neftçala rayonunda 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. APA TV-nin əməkdaşları məsələyə aydınlıq gətirmək üçün Neftçalanın mental məsələlərə görə adını çəkmədiyimiz kəndində olub, 17 yaşlı qız və ailə üzvləri ilə görüşüblər. Qızın özü və nənəsi hadisə barədə kameramıza danışmaq istəməsələr də, sosial şəbəkələrdə yazılanların həqiqət olduğunu təsdiqləyiblər.

17 yaşlı qızın iddia etdiyinə görə, rayonun Dördlər kənd sakini, kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olan 1990-cı il təvəllüdlü Əyyar Ağalar oğlu Əzizov bir müddət əvvəl izlədiyi nənəsi evdə olmadığı vaxt əlində tüfəng onlara gələrək saçından yapışıb və onu kəndin çöllük ərazisinə aparıb. Orada onun paltarlarını cıraraq çılpaq şəkillərini çəkib. Daha sonra qıza təcavüz etmək istəsə də, buna nail ola bilməyib. Hətta əlindəki tüfənglə atəş açaraq, bu barədə kimsəyə bir söz deyəcəyi təqdirdə, qardaşını və dayısını öldürməklə təhdid edib. Qorxusundan susan qız başına gələnləri kimsəyə danışmayıb. Lakin Əyyar Əzizov çəkdiyi şəkilləri “WhatsApp” proqramı vasitəsilə həmkəndlilərinin əlavələrinə göndərdikdən sonra məcbur olaraq hadisə barədə nənəsinə və dayısına danışıb. Daha sonra hüquq-mühafizə orqanlarına şikayət olunub. Kiçikxanım nənə isə bildirib ki, nəvələri – qızının oğlu və qızı doğulandan onun himayəsindədirlər. 17 yaşlı qız nəvəsi hüquqşünas olmaq arzusu ilə universitetə hazırlaşıb və qəbul imtahanlarında iştirak edib. Lakin məlum hadisə ilə əlaqədar yaşadığı stress bu arzusuna çatmağa ona imkan verməyib. Nənənin də, qızın da istəyi odur ki, onların şikayətlərinə ədalətli baxılsın və Əyyar Əzizov layiqli cəza alsın. Birinci vəkilin işindən narazı olan ailə ondan imtina edib və artıq ikinci vəkillə müqavilə bağlayıb. Əyyar Əzizovun qardaşı Ələddin Əzizov isə ittihamlarla razılaşmır: “Qardaşım alverçidir, buğda, arpa satır, həmin ailə ilə də tez-tez alverləri olub. Alver müqabilində hətta qardaşıma olan borclarını da verməyiblər. Münasibətlər belə qurulub. Onların arasında sevgi olub. Qardaşım evlidir 2 uşaq (1 yaş və 6 aylıq) atasıdır. Mən biləni evlənənə qədər də seviblər bir-birlərini. Qardaşımla aralarında intim münasibətləri olmasa da, tez-tez bir yerdə olublar, yeyib-içiblər, qardaşım onların evinə gedib. Ad günündə saat hədiyyə edib. Onların evində olub, yeyib-içmək məclisi təşkil ediblər. Bütün bunlardan qızın nənəsinin və anasının da xəbəri olub. Əyyarın telefonuna baxsanız, orda qızın videoları, qardaşımın maşınını sürməsi – hamısı var orda”. Ələddin Əzizov iddia edir ki, hər şey qızın öz razılığı ilə baş verib: “Qız gecə saat 1-də açıq olan köhnə kondisionerin oyuğundan çıxaraq onunla birgə evdən gedib. Tüfənglə onu evdən çıxarması, zorla çılpaq şəkillərinin çəkilməsi bütün bunlar yalandır. Sadəcə, qardaşım həmin şəkilləri iki nəfərin “WhatsApp”ına göndərib, onlar da bir neçə nəfərə yönləndirib. Beləcə, şəkillər kənd sakinləri arasında yayıldıqdan sonra, nəhayət, bütün baş verənlərdən qızın dayısı da xəbər tutub. Qız özünü təmizə çıxarmaq üçün dayısını və ailəsini aldadıb. Yalan olaraq bildirib ki, bəs Əyyar onu gecə tüfənglə qorxudaraq məcbur evdən aparıb və zorla çılpaq şəkillərini çəkib. Təbii ki, bunlar yalandır. Qardaşımın, əlbəttə, günahı qızın qeyri-etik şəkillərini yayması olub. Deməyim odur ki, olmayan şeyləri qardaşıma yükləməsinlər. Qardaşım etdiyi günaha görə cəza alsın, etmədiyi günahlara görə onu yükləməsinlər”. Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Neftçala rayon sakini Aytən Əliyevanın (ad şərtidir) eyni məzmunlu müraciəti üzrə Neftçala rayon prokurorluğunda araşdırma aparılıb. Aparılmış araşdırmalarla Əyyar Əzizovun qeyd edilən cinayət hadisələrini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Neftçala rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Əyyar Əzizov müəyyən təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.  

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri