25 Yanvar 2021 17:07

Türk Dövlətləri Konseyindən Azərbaycana TAM DƏSTƏK

Türk dövlətlərinin ortaq təşkilatı olan Türk Konseyinin Baş katibi Bağdad Emreyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki silahlı qarşıdurmalardan dərin narahatlığını bildirib.
Turkustan.info xəbər verir ki, Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qaldığını bir daha təsdiqləyir və Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığı əsasında təcili həll edilməsinin vacibliyini bir daha vurğulayır.
Bu çərçivədə Türk Şurası, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Ermənistanın silahlı qüvvələrini Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə geri çəkilməyə çağırdığını xatırladır.
Baş katib, qarşıdurmada həyatını itirənlər üçün Azərbaycan xalqına başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayır.

Paylaş: