30 Noyabr 2020 05:49

Ermənilər hər şeyi qoyub Qarabağdan qaçır – Şəhərlər boşalır – VİDEO

Cəbhədən məğlubiyyət xəbərləri eşidən ermənilər Qarabağı tərk etməyə başlayıb. 

Turkustan.info xəbər verir ki, ermənilər maşınlara dolub şəhərlərdən çıxır. Vəziyyətin çətin olduğunu anlayanlar hər şeylərini geridə qoyaraq Qarabağdan qaçır. 

Ordunun darmadağın olduğu xəbərləri ilə sarsılan erməni sakinlər çıxış yolunu qaçmaqda görür. Əldə edilən son məlumatlara görə, döyüş gedən ərazilərə yaxın olan şəhərlər artıq tam boşalıb. 

Küçələrdə insanlara rast gəlinmir. İşğalda olan Azərbaycan torpaqlarında yalnız bir qrup erməni hərbçisi vuruşmağa cəhd edir.  

Qısa zamanda Azərbaycan Ordusunun qələbə xəbərlərini eşidəcəyimizə ümid edirik!

Paylaş: