21 Oktyabr 2020 08:48

Ukrayna və Malayziyadan Azərbaycana AÇIQ DƏSTƏK – Rəsmi

“Biz Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyirik. Bu prinsip bizim üçün tamamilə dəyişməz olaraq qalır”.

APA-nın xəbərinə görə, bunu Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba onlayn brifinqdə deyib.

“Biz hamımız Dağlıq Qarabağdakı hadisələrin inkişafını müşahidə edirik. Ukrayna Xarici İşlər Nazirliyi (XİN) vəziyyətin kəskinləşməsi ilə bağlı mövqeyini ilk bildirənlərdən oldu. Bu hadisələri izləməyə davam edirik, koordinasiya olunmuş mövqeyə sahib olmaq üçün tərəfdaşlarla danışıqlar aparırıq. Azərbaycan Xarici İşlər naziri ilə telefon danışığımız olub. Mövqeyimiz çox aydındır. Müharibə hər zaman kədər, qurbanlar, məhv deməkdir. Hazırda Qafqazda bu kimi hadisələrin baş verdiyi üçün çox təəssüflənirik. Mövcud vəziyyət göstərir ki, “dondurulmuş münaqişələr” həqiqətən dondurulmayıb və hər an püskürə bilər. Bunlar Avropadakı qeyri-sabitlik ocaqlarıdır və beynəlxalq ictimaiyyət onların nizamlanmasına müvafiq qaydada yanaşmalı və bunun üçün ardıcıl və sistemli səy göstərməlidir. Ukraynanın xarici siyasətinin təməl daşlarından biri dövlətlərin ərazi bütövlüyünü dəstəkləməkdir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyirik. Bu prinsip bizim üçün tamamilə dəyişməz olaraq qalır”, – deyə Ukraynanın XİN başçısı vurğulayıb.

Malayziya Xarici İşlər Nazirliyi də (XİN) 27 sentyabr tarixindən başlayaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təxribatla bağlı bəyanat yayıb.

Bu barədə APA-ya Azərbaycanın Malayziyadakı səfirliyindən məlumat verilib.

Bəyanatda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe nümayiş etdirilib.

Bildirilib ki, Malayziya 27 sentyabr tarixində yenidən başlayan gərgin hərbi qarşıdurma nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda pisləşən təhlükəsizlik vəziyyətindən dərindən narahatlıq keçirir.

Qeyd olunub ki, Malayziya münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri daxil olmaqla beynəlxalq hüquq əsasında sülh yolu ilə həllinin tapılmasına yönəlmiş bütün səyləri dəstəkləyir. 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri