22 Oktyabr 2020 01:21

Qələbəyə Dəstək Hərəkatı adlı təşəbbüs qrupu yaradıldı

22 şirkət Qələbəyə Dəstək Hərəkatı adlı təşəbbüs qrupu yaradıb. Hərakat iş adamlarının ictimai təşəbbüs qrupudur.

İş adamlarının Qələbəyə Dəstək Hərakatı ictimai təşəbbüs qrupu Azərbaycan Respublikası prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin əmri ilə işğal olunmuş Azərbaycan torpaqlarını Ermənistanın işğalçı qoşunlarından təmizləmək üçün başladılan əks hücum əməliyyatlarını həyata keçirən Azərbaycan Ordusuna dəstək məqsədilə yaradılıb.

“İş adamlarının Qələbəyə Dəstək Hərəkatı” İctimai təşəbbüs qrupuna qoşulan iş adamlarıbununla dövlətimizin, Ali Baş Komandanın yanında olduğunu bildirir, dövlətin hər bir çağırışına, istər maddi, istərsə də mənəvi olaraq operativ dəstək verməsi, iş adamları arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, maarifləndirici işlərin aparılmasını qarşısına məqsəd qoymuşdur” – deyən Təşəbbüs qrupunun üzvü Hədəf Şirkətlər Qrupunun təsisçisi Şəmil Sadiq onu da bildirdi ki, hazırda könüllü olaraq hər biri ayrılıqda öz öhdəsinə düşən işi görən, dövlətimizin, ordumuzun yanında olduğunu bildirən, Silahlı Qüvvələrə Yardım Fonduna vəsaitlər ödəyən xeyli iş adamı var, lakin bizim arzumuz bunu təşklatlanmış formada, sistemli şəkildə koordinasiya etmək, ürəyindən keçib, dəstəyin necə ediləcəyinin yolunu bilməyən həmkarlarımızla birgə hərəkət etmək, bir əl, bir ürəklə müəyyən fəaliyyətlər həyata keçirməkdir.

İş adamlarının Qələbəyə Dəstək Hərakatı ictimai təşəbbüs qrupunun üzvü, Behrud İnşaat Şirkətinin təsisçisi İlham Alməmmədov qeyd edir ki, bu bir könüllü qrupdur, heç bir siyasi, iqtisadi maraq güdmür. Eyni arzularla yaşayan, vətən sevdalı iş adamları birlikdə hərəkət edərsə, dövlətimizə daha çox faydalı olarıq. Biz, dost 22 şirkət rəhbəri qarşımıza məqsəd qoymuşuq ki, torpaqlarımız işğaldan tam azad olana, yenidənqurma işləri bitənə qədər, cani-dildən dövlətimizlə biryerdəyik. Fəaliyyətimiz indilik bu cür planlaşdırılıb: 

– İş adamlarının orduya edəcək maddi yardım və ianələrini rahat şəkildə çatdırmaları üçün bütün texniki, hüquqi problemləri həll etmək, prosesi düzgün istiqamətə yönləndirmək; 

– Silahlı Qüvvələrə Yardım Fondunun təbliğat-təşviqat işində aktiv iştirak etmək; 

– Yaralılar və şəhid ailələrinə lazımıdəstəyi koordinasiya etmək; 

– Könüllü şəkildə ordu sıralarına qoşulan gənclərin ailələrinə dəstək, onları stimullaşdırmaq, xüsusən dəiş yeri olmadan ordu sıralarına qoşulan könüllülərin ailələrinə aylıq müəyyən maliyyə yardımı etmək; 

– Gənc iş adamları arasında vətənpərvərlik və xeyriyyəçilik ruhunu formalaşdırmaq və istiqamətləndirmək adına maarifləndirmə işlərini aparmaq;

– Sərhədyanı bölgələrdə, geri alınan torpaqların yenidənqruma işlərində yaxından iştirak etmək.

Təşəbbüs qrupu birgə fəaliyyət göstərmək istəyən iş adamları üçün açıqdır. Ümid edirik, birgə fəaliyyətimiz cənab Prezidentin qeyd etdiyi kimi, “Biz birlikdə güclüyük” ifadəsinin əməli nümunəsi olacaq. 

İş adamlarının Qələbəyə Dəstək Hərakatı ictimai təşəbbüs qrupunun feysbukda qrupu və səhifəsi yardılıb. Səhifənin yaradılmasında məqsəd mütəmadi olaraq Qələbəyə Dəstək Hərakatının bütün fəaliyyətilə ictimaiyyəti məlumatlandırmaqdır.

Təşəbbüs qrupuna qoşulan ilkin şirkətlər aşağıdakılardır:

1. Behrud İnşaat MMC

2. Hədəf Şirkətlər Qrupu MMC

3. Halal-P MMC

4. Prime TV MMC

5. Medika Hospital MMC

6. UKASMEN MMC

7. ABBAo MMC

8. Starlab klinikası MMC

9. Əlincə İdman Klubu MMC

10. RR şirkətlər qrupu MMC

11. İnci şirkətlər qrupu MMC

12. SinKOD MMC

13. HORECA MMC

14. Simit  Sarayı MMC

15. Etna group MMC

16. “Çaşıoğlu” Elmi istehsalat birliyi MMC

17. “B2B group” MMC

18. Star Sports trikotaj MMC

19. “SHOKET” Soyutma sistemləri MMC

20. GLOCAL MMC

21. Biləv İnşaat MMC

22. RERAPIER MMC

23. Oqtay Məmmədov

Təşəbbüs qrupunun əlaqələndirici koordinatoru tarix üzrə fəlsəfə doktoru Elvin Əliyevdir.

Feysbuk səhifəsi: https://www.facebook.com/qelebeyedestek

Feysbuk bağlı qrupu: https://www.facebook.com/groups/273583820753368/

Əlaqə telefonu: +994 552242070

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri