16 Yanvar 2021 03:43

“Döyüşün dərhal dayandırılması üçün səthi tələblər bu dəfə fayda verməyəcək” – Çavuşoğlu

Ermənistanla əlaqələrimizin həssaslaşmasının əsas səbəbi Ermənistanın bölgədə təcavüz yolu seçməsi, eyni zamanda, konstruktiv və məsuliyyətli bir ortaq olma qabiliyyətinə malik bir siyasət aparmamasından irəli gəlir. Biz təcavüzkarla qurbanı bir-birindən ayırmalıyıq.

Bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Brüsseldə keçirilən Avropa İttifaqı liderlərinin çammitində iştirakı zamanı İtaliyanın nüfuzlu “La Stampa” qəzetinə açıqlamasında bildirib.

Nazir deyib: “Döyüş əməliyyatlarının dərhal dayandırılması istiqamətində səsləndirilən səthi tələblər və davamlı atəşkəs bu dəfə fayda verməyəcək. Ermənistanla münasibətlərimiz qeyri-müəyyəndirsə, bu, bizim seçimimiz deyil. Təbii ki, əgər Ermənistan bölgədə sülh üçün konstruktiv və məsuliyyətli tərəfdaş olmağı seçərsə, bundan Azərbaycanın da qazanacağı çox şey olacaq”.

Anadolu Agentliyi

Paylaş: