Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonu ərazisində işğaldan azad edilmiş yeni yaşayış məntəqələrinin siyahısını da açıqlayıb.
Dövlət başçısı bu gün xalqa müraciətində bəyan edib ki, Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Decal kəndlərini işğaldan azad edib .
Qeyd edək ki, dünən də Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri erməni işğalından azad edilmişdi.