17 Yanvar 2021 01:54

MN: Düşmənin Ballıcada yerləşən silah-sursat anbarı məhv edildi

Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, işğal olunmuş ərazilərimizdə yerləşdirilmiş Ermənistan ordusuna məxsus bu hərbi anbarda külli miqdarda müxtəlif sursat növləri saxlanılırdı.

Paylaş: