29 Oktyabr 2020 11:18

Döyüş bölgəsində xilas edilən erməni: “Müharibə cinayətini törədən Ermənistan silahlı qüvvələridir”

“Hazırda burada əhval-ruhiyyəm çox yaxşıdır. Bakıda uşaq vaxtı olmuşam. Nənəm Bakıda yaşayıb. Uşaq vaxtı yay aylarında Bakıya gəlirdim. Bakı mənə çox doğmadır. Mən anladım ki Azərbaycanın erməni xalqı ilə işi yoxdur. Pis xalq yoxdur. Biz də istəmərik ki, analar uşaqlarına görə ağlasınlar”.

Turkustan.info bildirir ki, bunu xilas edilərək döyüş bölgəsindən təxliyyə olunmuş Ermənistan vətəndaş Aznif Baqdasaryan bildirib.

Onun sözlərinə görə, Azərbaycan ordusu Cəbrayıl rayonuna daxil olanda qorxusundan üç sutka gizlənib:

“Sizin əsgərlərin mənim işlədiyim mağazanın qarşısından keçdiklərini gördüm”.

O qeyd edib ki, müharibə cinayətini törədən Ermənistan silahlı qüvvələridir:

“Biz müharibə istəmirik. Necə ki siz istəmirsiniz. Dağlıq Qarabağda yaşayan ermənilər azərbaycanlılara güllə atmırlar, atan Ermənistandır. İki millət həmişə bir yerdə yaşayıb. İndi niyə yaşamasın? Biz rahat yaşamaq istəyirik.

Müharibəni bitirmək lazımdır. Bu məsələni birdəfəlik həll etmək lazımdır”.

Ermənistan vətəndaşı Azərbaycan əsgərlərinin onu necə xilas etməsindən də danışıb:

“Mən elə bilirdim ki, orada sizin əsgərlər məni görsə, güllələyəcəklər. Ona görə gizlənirdim. Təslim olanda tam əksini gördüm. Əsgərlər mənə humanistlik göstərdilər. Mən burada çox rahatam”. (oxu.az)

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri