25 Noyabr 2020 08:22

Qənirə Paşayeva Baş katibə erməni hücumu haqda məlumat verib

Asiya Parlament Assambleyasının (APA) Baş katibi Muhammed Rza Macidiyə və üzv ölkələrin nümayəndələrinə, APA-dakı Azərbaycan nümayəndə heyəti adından məktub göndərərək, Azərbaycanda fəaliyyət göstərən 51 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hücumlarına dair birgə Bəyanatı haqqında məlumat verdim. Məktubda Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribat törədərək, iriçaplı silahlar, minaatanlar və ağır artilleriya qurğularından istifadə edərək, mülki əhalini intensiv şəkildə atəşə tutduğunu bildirdim.

Paylaş: