25 Noyabr 2020 09:25

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı, 3 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 233 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Turkustan.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 41 752 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 235 nəfər müalicə olunaraq sağalıb, 608 nəfər vəfat edib, aktiv xəstə sayı 1909 nəfərdir.

Ölkədə son sutka ərzində 7594, hazırkı dövrədək isə 1 169 656 test aparılıb.

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı,  3 nəfər öldü

Paylaş: