21 Oktyabr 2020 09:12

Ermənistanın güvəndiyi KTMT müqaviləsində nə yazılıb?

Azərbaycan Hərbi Hava Qüvvələrinin Ermənistana məxsus ballistik raket kompleksinin sıradan çıxarması gündəmin əsas müzakirə mövzusudur.

Turkustan.info xəbər verir ki, bu olayın müzakirələrə səbəb olması raket kompleksinin Ermənistanın ərazisində yerləşməsidir.

Hesab edilir ki, Azərbaycan Ermənistan ərazisində yerləşən raket kompleksini sıradan çıxarmaqla qırmızı xətti keçib və bu hadisə Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının münaqişəyə qoşulmasına səbəb ola bilər.

Lakin əksəriyyət bu ehtimalın əsassız olduğunu düşünür. Çünki Azərbaycan bu addımı ilə faktiki olaraq Ermənistanın növbəti terror aktının qarşısını alıb. Məsələ burasındadır ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin sıradan çıxardığı raket kompleksi start vəziyyətinə gətirilərək Gəncə və Mingəçevir şəhərlərini vurmağı hədəfləyib. Yəni, burada Azərbaycanın Ermənistana hansısa hücumundan söhbət getmir. Ona görə də KTMT-nin münaqişəyə müdaxilə etməsi ehtimalı sıfıra bərabərdir.

Lakin Ermənistan tərəfi ciddi-cəhdlə hadisəni Azərbaycanın Ermənistana təcavüzü kimi qələmə verməklə münaqişənin miqyasını böyütməyə çalışır.

Hərbi müstəvidə məğlubiyyətə uğrayan rəsmi İrəvan düşünür ki, bu yolla KTMT ölkələrini də münaqişəyə cəlb edə bilər.

KTMT-nin əsası 15 may 1992-ci ildə Daşkənddə qoyulub. Rusiya, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan və Qazaxstan bu qurumun üzvləridir. Əvvəlcə Kollektiv Təhlüksəzilik Müqaviləsi adlanan təsisat 2002-ci ildə KTMT adlandırılıb.

Müqavilənin açar maddələri KTMT-yə üzv olan hər hansı ölkəyə qarşı təcavüz zamanı qarşılıqlı məsləhətləşmələri və hərbi yardımı nəzərdə tutan 2-ci və 4-cü maddələrdir.

Məhz bu maddələr Ermənistanı Azərbaycanı təxribata çəkməyə ruhlandırıb. Rəsmi İrəvan anlayır ki, döyüşlər Qarabağda getdikcə KTMT münaqişəyə müdaxilə edə bilməz. Bu, təşkilatda əsas güc olan Rusiya rəhbərliyi tərəfindən bəyan edilib. Ona görə də müxtəlif təxribatlara əl ataraq Azərbaycanı Ermənistan ərazisinə zərbələr endirməyə məcbur etməyə çalışır. (yenisabah.az)

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri