28 Oktyabr 2020 17:51

Rusiya Qarabağa müdaxilə edəcək? – “Kənardan izləyəcəklər”

Azərbaycanın 27 sentyabrda Ermənistanın təxribatına cavab olaraq başlatdığı əks-hücum əməliyyatı davam edir.

Bu müddət ərzində savaş təkcə müharibə meydanında deyil, həm də siyasi sferada gedir.

Bir sıra beynəlxalq qurumlar, o cümlədən dünya KİV-ləri Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Xüsusilə də Rusiya televiziyalarından Azərbaycana qarşı sərt çıxışılar edilir, rəsmi Kremli müharibəyə açıq müdaxiləyə səsləyirlər. Rusiyanın təcrübəsində belə məqamlar mövcuddur.

Rusiya Krım və Abxaziyaya da birbaşa müdaxilə etdi və beynəlxalq ictimaiyyət hələ də bunu ilhaq və işğal faktı kimi tanıyır.

Bəs Rusiya Krımda və Abxaziyaya etdiyi kobud müdaxiləni Qarabağa da təkrarlaya bilərmi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında Krım və Abxaziyanın Qarabağdan çox fərqli proses olduğunu deyib.

E.Şahinoğlu Rusiyanın Qarabağa kobud müdaxiləsinə mane olan faktorlara diqqət çəkib:

“Rusiyanın Abxaziya ilə birbaşa sərhədi var və orada sülhməramlı yerləşdirib. Bu bəhanə ilə müdaxilə etdi. Krımı isə illərdir özününkü sayırdı deyə, müdaxilə edə bildi. Dağlıq Qarabağa müdaxilə etmək üçün Rusiyanın heç bir səbəbi və bəhanəsi yoxdur. Birincisi, Dağlıq Qarabağla heç bir sərhəddi yoxdu, ikincisi isə ərazi Azərbaycana aiddir və Rusiya sözdə də olsa ərazi bütövlüyümüzü tanıyır. Ermənistanda isə əməliyyat keçirilmir. Tutaq ki, Rusiya müdaxilə etdi, bunu nə adla edəcək? Haradan müdaxilə edəcəklər? Əgər Dağlıq Qarabağa girsələr Rusiya ilə faktiki savaş halına gələcəyik. Bu isə Rusiyanın Azərbaycanı və Türkiyəni itirməsi deməkdir. Bu isə ermənilərə görə Rusiyanın böyük itkisidir. Məsələnin digər tərəfi isə Türkiyənin verdiyi açıqlamalardır ki, Rusiya müdaxilə edərsə, biz də edəcəyik. Bu isə böyük məsələnin böyük regional müharibəyə çevrilməsi deməkdir. Hansı rus hərbçisi ermənilərə görə gəlib burada ölmək istəyər? Yəni Rusiyanın bəzi dairələri nə qədər hədə-qorxu gəlməyə çalışsalar da, Rusiyanın Dağlıq Qarabağa girəcəyini zənn etmirəm. Əgər olarsa, regional müharibəyə çevriləcək, Rusiya Azərbaycan və Türkiyənin düşməni olacaq. Bu isə Rusiyanın maraqlarına heç bir halda müdaxilə etmir. Ona görə də Rusiya düşünüb sonda geri çəkiləcək. Necə ki, 18 gündür müharibə davam edir, Rusiya məcburdur kənarda izləsin. Eləcə də biz qələbə qazanana qədər kənardan izləyəcəklər”.

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri