26 Oktyabr 2020 17:09

İnsanların ah-naləsi yerdə qalmayacaq – Hikmət Hacıyev

Erməni hərbi birləşmələri xain siyasətindən əl çəkmir.

Turkustan.info xəbər verir ki, bunu bu gün diplomatik korpusun nümayəndələri ilə birlikdə Gəncədə terror törədilən əraziyə gələn Prezdentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, erməni hərbi birləşmələri mülki şəxslərə xaincəsinə hücumlar edirlər:

“Bu dəfə də eyni hücum etdilər. Onlar hücumlarda keçən dəfə də raketlərdən istifadə etdilər, bu dəfə də. Yenə də çox böyük dağıntı gücünə malik olan SKAD raketindən istifadə ediblər. Onların məqsədi insanlar arasında qırğına səbəb olmaq, Gəncə əhalisi, ölkəmizin vətəndaşları arasında təşviş yaratmaqdır. Amma onlar bununla heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan xalqının bu gün qəti bir əzmi var. Qəti əzmimiz ondan ibarətdir ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan torpaqları işğaldan azad edilsin. Amma onlar bu mənfur cinayətlərini gizlətmək üçün beynəlxalq ictimaiyyəti aldatmaq, yalan və dezinformasiya və propaqanda kimi məlumatlar yaymaqdadırlar”.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Respublikasında akkreditasiya olunan xarici ölkə səfirliklərinin əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, hərbi atteşelər yenə də Gəncə şəhərinə gələrək Ermənistan silahlı qüvvələrinin Gəncədə alçaqcasına, xaincəsinə, şərəfsizcəsinə törətdikləri cinayətlərlə yerindəcə tanış olublar: “İnsanların ah-naləsi yerdə qalmayacaq. Bu faktlar beynəlxalq ictimaiyyətə çatdırılır. Vətən müharibəmizdə Gəncənin şəhidləri var və eyni zamanda da mülki insanlar arasında şəhidlərimiz var”. (modern.az)

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri