23 Noyabr 2020 19:59

Ermənistan ordusunun daha iki polkovniki məhv edildi

Azərbaycan hərbçilərinin torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum zamanı Ermənistan ordusunun polkovnikləri Aşot Kazaryan və Geqam Qabrielyan zərərsizləşdirilib.

Turkustan.info xəbər verir ki, bu barədə “Novosti Armeniya” məlumat yayıb.

Qeyd edək ki, Aşot Kazaryan N saylı hərbi hissənin komandir müavini, Geqam Qabrielyan isə N saylı hərbi hissənin qərargah rəisinin müavini olub.  /baku.ws/

Paylaş: