24 Noyabr 2020 09:51

İrəvan “yeni ərazi üçün yeni müharibə” deyirdi… – Fransız ekspert

Erməni işğalçı qoşunları 27 sentyabra qədər təmas xətti yaxınlığında ağır silahların və ən təcrübəli əsgərlərin əksəriyyətini yerləşdirmişdi.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında fransız tarixçi, politoloq Maksim Qauin deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu yalnız bir neçə gün ərzində cəbhə xəttinin böyük hissəsini yardı və Cəbrayıl, Füzuli kimi şəhərləri azad etdi:

“Sentyabrın 27-dək Ermənistan rəhbərliyi “yeni ərazilər uğrunda yeni müharibə” barədə danışırdı, Azərbaycanın əks-hücumunu gördükdən sonra Nikol Paşinyan qələbə qazanacağını bildirmişdi. İndi isə o, “güzəştlər”dən bəhs edir. Fikrimcə, bu açıqlamalar sonun yaxınlaşdığından xəbər verir.

Beləliklə, ya İrəvan 1991-ci ilə qədərki Dağlıq Qarabağın mədəni muxtariyyət statusu qarşılığında torpaqların geri qaytarılmasına razı olacaq, ya da Azərbaycan Ordusu bütün torpaqlarını geri qaytaracaq”.

Paylaş: