24 Noyabr 2020 10:16

Ordumuz 15 günə Şuşanı alacaq, sonra… – Sabiq dövlət müşaviri DETALLARI AÇDI

“Müdaxilə olmasa, Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan bütün torpaqlarını 10-15 gün ərzində azad edərək böyük zəfər elan edər”.

Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bunu sabiq dövlət müşaviri Qabil Hüseynli açıqlayıb.

Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə edərsə, Türkiyə də işə qarışacaq: “Kəlbəcər, Laçın, Güdəli və Zəngilanın alınmasından sonra Laçın korridorunun nəzarəti tamamilə Azərbaycanın əlinə keçəcək. Şuşanın azad edilməsindən sonra Azərbaycan müzakirə masasına oturmağa hazır olacaq. Bununla yanaşı, görüşlərin formatını da özü müəyyən edəcək”.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri 27 sentyabrdan bəri düşmənin 300 tank və zirehli texnikası, 300-dən çox ağır artilleriya və raket sistemi, 70 hava hücumundan müdafiə sistemi, 16 komanda-müşahidə və komanda-idarəetmə mərkəzi, 8 silah anbarı, 200 hərbi maşını, həmçinin minlərlə canlı qüvvəsini məhv edib. Ümumilikdə, Ermənistana 2 milyard dollardan çox zərər vurulub. Müxtəlif ehtimallara görə, mövcud müharibə Ermənistana gündə, orta hesabla, 100 milyon dollara başa gəlir.

 

Paylaş: