30 Noyabr 2020 18:02

Ermənilərin keçmiş rəhbərləri bir araya gəlib – Qarabağı müzakirə edirlər

İşğal altında olan Qarabağda yaranmış vəziyyətlə bağlı Ermənistanın və seperatçıların sabiq rəhbərləri bir araya gəlib.

Turkustan.info Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın nümayəndəsi Arman Musinyan məlumat verib.

Məlumatda qeyd olunur ki, Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Ermənistanın sabiq prezidentləri Leon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan, həmçinin işğal altında olan Qarabağdakı seperatçı rejimin keçmiş “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyan arasında görüş keçirilir.   /Yeniavaz.com/

Paylaş: