29 Noyabr 2020 02:32

Ermənistan XİN rəhbəri növbəti dəfə Moskvaya yollanıb

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli səfərə gedib.

Turkustan.info oxu.az-a istinadən xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bu barədə öz “Facebook” səhifəsində məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl yayılan məlumata əsasən, Zöhrab Mnatsakanyan oktyabrın 23-də Vaşinqtonda ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşəcək.

Paylaş: