25 Noyabr 2020 11:43

Paşinyan Qarabağla bağlı yenidən SƏRSƏMLƏDİ

Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı yeni açıqlamalar verib.

Turkustan.info xəbər verir ki, “Facebook” vasitəsilə xalqa canlı müraciət edən Paşinyan münaqişənin danışıqlar yolu ilə həll variantlarının tükəndiyini açıqlayıb.

“Hazırkı mərhələdə Qarabağ münaqişəsinin diplomatik yolla həlli barədə danışmaq mənasızdır. Məsələnin diplomatik yolla həlli üçün bəslənən ümidlər, səslənən fikirlər və s. artıq bitmiş hesab etmək olar. Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur”-deyə hökumət rəhbəri deyib.

Paşinyan sona qədər mübarizə aparmalı olduqlarını deyib. O həmçinin, Rusiyaya strateji tərəfdaş kimi verdiyi dəstəyə görə öz minnətdarlığını da ifadə edib.  /Modern.az/

Paylaş: