29 Noyabr 2020 02:30

Tehrandan Qarabağ açıqlaması: İran, Rusiya və Türkiyə…

İran, Rusiya və Türkiyənin yer alacağı üçtərəfli təşkilat ATƏT-in Minsk Qrupunun münaqişə ilə bağlı səylərini tamamlaya bilər.

Turkustan.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

“Tehran Dağlıq Qarabağda davamlı sülhün bərqərar olmasına və münaqişənin həllinə töhfə verməyə hazırdır. İran, Rusiya və Türkiyənin yer alacağı üçtərəfli təşkilat ATƏT-in Minsk Qrupunun səylərini tamamlaya bilər. Dağlıq Qarabağda davamlı sülh yalnız dialoq vasitəsilə əldə edilə bilər”, – sözçü bildirib.  /Axar.az/

Paylaş: