24 Noyabr 2020 10:04

Marş İrəvana!

Qəzənfər Həmidoğlu
Status-kvonu yalnız cəbhədə sındırmadıq, diplomatiyada da yerlə bir etdik.
Cəbhədə əzilən İrəvan diplomatiya sahəsində umduqlarını indiyədək bula bilmədi. Fransanı saymasaq, Avropanın aparıcı ölkələri, özəlliklə də Almaniya İrəvanı dəstəkləmədi. NATO isə Armen Sərkisyanın simasında Ermənistanı rəsmən başından etdi.
Fransaya gəldikdəsə, prezident Makron yalan iddialarla həmsədr ölkə kimi özünü nüfuzdan saldı, tərəfsizliyini itirdi. Düzdür, sonradan Fransa XİN-in yadına düşdü ki, vasitəçi bitərəf olmalıdır, amma artıq gec idi. İndi Makron susub oturub.
Qərbin aparıcı media quruluşları (“le Mond”, “La Fiqaro”, “Reuters”, “New York Times” və s.) saxta “Suriya cihadçıları” xəbərləri ilə, anti-Azərbaycan və anti-Türk təbliğatları ilə reputasiyalarını zədələdilər, ən azı bizim gözümüzdə. İndiyədək ortaya bir sənəd, bir foto qoya bilməyiblər.
Digər həmsədr – ABŞ uzun fasilədən sonra özünü yada saldı. Cümə günü Pompeo Vaşinqtonda azərbaycanlı və ermənistanlı həmkarları ilə görüşəcək. Co Bayden erməni elektoratının xətrinə Qarabağ münaqişəsi barədə bir-iki kəlmə kəsməsə idi, problem Ağ evin heç yadına da düşməyəcəkdi. Tramp xəritədə yəqin ki, Qafqazı tala bilməz, 4 ildə bir şey etməyib, indi nə edəcək?
Əgər münaqişəyə təsir rıçaqlarına sahib Rusiya bir şey edə bilmirsə, Vaşinqtonun qəfildən ortalığa düşməsi sadəcə faydasız “mən də varam”
deməkdir.
“Paşinyan partiyası”nın uğursuz endşpili Ağ evi anti-Türk ritorikasına rəğmən, Qarabağ münaqişəsi ətrafındakı gedişlərdə Ankaranın yanında durmağa vadar edir. Soros İrəvanda hakimiyyəti devirsə də, aydın oldu ki, Qərb Ermənistanı Rusiyanın qucağından qopara bilməyəcək.
Yeri gəlmişkən, Ceyhun Bayramovun Moskvada Lavrovun yanında dik və arxayın duruşu diplomatiyamızın özünə əminliyinin simvolik nümayişi oldu.
Paşinyanın FB-şivəni də İrəvanı beynəlxalq arenada çətin vəziyyətə salır. Adam atdığı addımlarla özünü siyasi meyitə çevirir. Cəhənnəmə gedən özünə yoldaş axtarar. Paşinyan yalnız dəstək istədiyi eks-prezidetləri (Ter-Petrosyan, Köçəryan və S. Sərkisyan) deyil, bütün xalqını özü ilə birlikdə sanki cəhənnəmə vasil etmək istəyir.
Maraqlıdır, “eks”lərdən kim Qarabağ əldən getə-getdə Paşinyanın yerinə gəlib kəndiri boynuna salar?
Hakimiyyətin tez bir vaxtda əl dəyişdirəcəyi az inandırıcıdır. Gözlər Putinə dikilib, amma Kremlin sahibi fövqəl bir kəs olsaydı, başdan Sorosa əngəl olardı.
“Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur”, – deyərək erməni xalqını total “ekzistensial savaş”a çağıran baş nazir diasporu, Qərb paytaxtlarındakı erməniləri də ayağa qaldırmaq istəyir. Aydın görünür ki, Azərbaycanın gücü qarşısında uduzduğunu anlayır. Amma qlobal erməni şivəni salmaqla xilas olacağına ümidini də itirmir.
Digər tərəfdən, bütün erməniləri, o cümlədən Qarabağın dinc ermənilərini də savaşa çağıran Paşinyan onların savaşdan sonra azərbaycanlılarla birgə yaşamaq ehtimalının üstündən xətt çəkir, Qarabağdan qovulmalarının baiskarı olur.
İşğalçılara dəstək olmaqla Azərbaycana xəyanət etsələr də, rəsmı Bakı vətəndaşlarımız kimi Qarabağ ermənilərinə hələ də tolerant yanaşmanı saxlayır.
Bir tarixi təcrübə var. Alman kəndli, sənətkar və tacirləri XIII əsrdən Çexiya Krallığının dağlıq ərazilərində (Bohemiya və Moraviyada) yerləşməyə başlamışdılar. İllər keçdikcə sayları artırdı. Çexiya Avstriya-Macarıstan imperiyasının tərkibinə daxil olduqdan sonra almanlar çexləri sıxışdırmağa başladılar. Çexiyanın Almaniya ilə sərhədində yerləşən Sudet vilayətində yaşadıqları üçün onlara Sudet almanları (almanca Sudetendeutsche, çexcə sudetští Němci, Sudetoněmci) deyirdilər.
Bu etnik almanlar çexlərə dərd olmuşdular. Çexlərin milli oyanışı gücləndikcə almanlarla toqquşmalar artır, qırğınlar düşürdü. Ötən əsrin 30-cu ilərində Hitler Almaniyada hakimiyyətə gəldikdə isə onlar çexləri satdılar, faşist Almaniyasına birləşməyə tərəfdar oldular. Münxen sövdələşməsi ilə 1938-ci ildə Çexoslovakiyanın xəbəri olmadan Sudet Almaniyaya verildi.
II Dünya müharibəsi bitdikdə – 1945-ci ildə çexlər Sudet almanlarını sıraya düzdülər. Sayları nə az, nə çox 3,3 milyon nəfər idi. Çemodanlarını qoltuqlarına verdilər və piyada Almaniyaya yolladılar:
-Vətənə birləşirdiniz, Almaniyanı istəyirdiniz!? Marş şimala, Almaniyanıza!
Almanlar Sudetdə 7 əsr idi ki, yaşayırdılar və oradan izləri bir gündə silindi
Və Qarabağ erməniləri ağıllanmasalar, biz də onları sıraya düzə bilərik:
– Marş İrəvana!

Paylaş: