23 Noyabr 2020 20:14

Prezident elan etdi: Bu ərazilər işğaldan azad edildi

Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Turkustan.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Tvitter səhifəsində yazıb. 

Paylaş: