23 Noyabr 2020 20:11

Putin ABŞ-dan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək gözləyir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-dan Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməsini gözləyir.

Turkustan.info TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti “Valday” klubunun iclasında deyib.

“Bir daha hər iki ölkənin Xarici işlər nazirləri (Azərbaycan və Ermənistan – red.) bizə (Moskvaya – red.) gəlmişdilər. Ayın 23-ü onlar Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə həmrəylik göstərəcək və nizamlanmaya kömək edəcəklər”, – deyə V.Putin bildirib.  /Modern.az/

Paylaş: