24 Noyabr 2020 04:30

Qarabağda sülhməramlılar? – “Bu, artıq real deyil” – Rusiyalı politoloq

Yaxın gələcəkdə Qarabağda sülhməramlıların yerləşdirilməsi real olmayan bir ssenaridir, yalnız müşahidəçilərin yerləşdirilməsini müzakirə etmək mümkündür. Bunun üçün isə tərəflərin razılığı lazımdır”.

Qarabağda sülhməramlılar?-“Bu, artıq real deyil”-Rusiyalı politoloq

Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bunu Qafqaz və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin baş elmi əməkdaşı Vadim Muxanov deyib. Onun sözlərinə görə məsələ çox çətindir.

“Çünki əvvəllər Azərbaycan müşahidəçilər və sülhməramlılarla bağlı suala müsbət cavab vermirdi, baxmayaraq ki, bu mövzu uzun müddət əvvəl gündəmə gəlmişdi. Amma daha əvvəl də münaqişə tərəfləri müşahidəçilər və sülhməramlılar məsələsində razılığa gəlməmişdilər.

Gördüyünüz kimi, Qarabağ münaqişəsinin hazırkı mərhələsi 30 ildən yuxarıdır. Bu dövrdə nə sülhməramlılar, nə də müşahidəçilərlə bağlı məsələ həyata keçirilmədi. İndi gördüyümüz misli görünməmiş alovlanma fonunda tərəflərin bu mövzuda birdən irəlilədiyini söyləmək, mənə elə gəlir ki, hələ də real olmayan bir ssenari olar”, – deyə Muxanov əlavə edib.

 

Paylaş: