24 Noyabr 2020 22:23

Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlandı

ABŞ Prezidenti Donald Tramp Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyini açıqlayıb. Bu barədə prezidentin fəaliyyətini işıqlandıran jurnalistlər bildirib.​​​​​​​

Turkustan.info “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ Prezidenti Azərbaycan və Ermənistan arasında vasitəçilikdə iştirak etdiyini qeyd edib, lakin ölkə liderləri ilə danışıb-danışmadığını bildirməyib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri hazırda Vaşinqtonda səfərdədir. Burada XİN rəhbərlərinin ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşləri keçirilib. /Yenisabah.az/

Paylaş: