25 Noyabr 2020 11:25

Düşmənin 4 PUA-sı zərərsizləşdirildi

Oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Bu barədə Turkustan.info-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Digər 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.

Paylaş: