25 Noyabr 2020 08:39

Ermənistan daha 27 hərbçisinin öldürüldüyünü açıqlayıb

Ermənistan ordusu Qarabağ döyüşlərində daha 27 hərbçisini itirib. Turkustan.info  sputnik armeniya saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Ölənlərn arasında həm çağırışçılar, həm də muzdlu döyüşçülər var.

Xatırladaq ki, bu günə qədər Ermənistan rəsmi olaraq 927 hərbçisinin Qarabağda öldüyünü etiraf edib.

Hərbi mənbələrin məlumatına görə, itkilərin sayı rəsmi rəqəmlərdən 10 dəfəyə qədər çoxdur. Sadəcə Ermənistan tərəfi itkilərin sayını gizlədir. 

Paylaş: