25 Noyabr 2020 11:52

Sabiq erməni deputat məhv edildi

Ermənistan parlamentinin sabiq deputatı David Matevosyan Qarabağda gedən döyüşlərdə məhv edilib.

Turkustan.info xəbər verir ki, bu barədə erməni mediası onun qızı Erminə Matevosyana istinadla məlumat yayıb.

Bildirilir ki, Ermənistanın birinci prezidenti Ter-Petrosyanın tərəfdarı olan Matevosyan Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 1995-99-cu illərdə deputat olub, 2008-ci ildə isə Ter-Petrosyanın seçki qərargahının rəhbərliyində təmsil olunub. Seçkidən sonra baş verən aksiyalarda həb edilərək, 3 il cəza alıb. Bir il cəza çəkdikdən sonra amnistiyaya düşüb.

O, Qarabağda müharibə başlayanda könüllü kimi döyüşməyə gəlibmiş. (axar.az)

Paylaş: