26 Noyabr 2020 08:40

SON DƏQİQƏ: Ordumuz bu əraziləri işğaldan azad etdi

“Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Turkustan.info-nun məlumatına görə, bu barədə Prezident İlham Əliyevin rəsmi “Twitter” hesabındakı paylaşımında bildirilib.

Ölkə başçısı digər tvit-də də bir sıra yaşayış məntəqələrinin işğaldan azad olunmasından bəhs edib:

“Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Daş Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Paylaş: