03 Dekabr 2020 17:37

Arutyunyan Nikola Bakı ilə danışıqlar üçün yalvarıbmış

“Dqr”in separatçı-terrorçu lideri Araik Arutyunyanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti cəmiyyəti hərbi-vətənpərvərlik şüarları ilə yemləyən dairələr üçün soyuq duş oldu. Hər kəs anladı ki, artıq reallığa qayıtmaq vaxtıdır.

Turkustan.info xəbər verir ki, bu iddia ilə “Qraparak” qəzeti çıxış edib.

Məqalədə bildirilib ki, Arutyunyanın Paşinyana danışıqlar prosesinə qayıtması ilə bağlı məktub göndərməsi barədə əvvəllər irəli sürülən iddialar artıq təsdiqlənib:

“Baş nazir parlamentdənkənar qüvvələrlə görüş zamanı məhz bu məktubdan bəhs edib. Lakin nədənsə bu, rəsmi şəkildə təkzib olunur”.

Qeyd edək ki, dünən Arutyunyan Putinə məktubunda ona Qarabağla bağlı danışıqlar prosesinin bərpa etməsi üçün yalvarıb. (axar.az)

Paylaş: