03 Dekabr 2020 18:03

Həbsdən çıxan Kamil ənənəsini davam etdirir – Video

Tanınmış idmançı Kamil Zeynallı əsgərlərə sovqat göndərməyə davam edir.

Qarabağda döyüşlərin başladığı ilk gündən  cəbhə bölgəsinə yola düşən idmançı həbsdən çıxdıqdan sonra ənənəsini davam etdirib.

Turkustan.info xəbər verir ki, sosial şəbəkə hesabında hərbçilərə dəstək üçün hazırlanan sovqatların görüntüləri  bölüşən Kamil ona “Ordumuza, ərgərlərimizə dəstəyə davam. Qarabağ Azərbaycandır. Biz birlikdə güclüyük” – deyə şərh yazıb.

Xatırladaq ki, Kamil Zeynallı tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və videogörüntülərin yayılması halları müəyyən edilmişdi. İnzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə Füzuli rayon məhkəməsinin qərarı ilə 12 oktyabrda 10 gün müddətinə inzibati tənbeh növündə həbs olunmuşdu.

Həmin görüntüləri təqdim edirik:

Paylaş: