03 Dekabr 2020 18:29

Makron başa düşdü ki, ermənilər onu aldadır – Fransız ekspert

Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən fərqli olaraq, həm Bakı, həm də Paris daha uyğun tonlarda danışmağa başlayıb.

Bu sözləri Axar.az-a açıqlamasında fransız tarixçi, politoloq Maksim Qauin deyib.

“Paris başa düşdü ki, “Suriya muzdluları” heç vaxt mövcud olmayıb. Razılaşın, aldadıldığını anlamaq heç də xoş deyil… İlham Əliyev bu məsələyə əvvəlki kəskin reaksiya göstərmir, çünki Emmanuel Makron və Jan-İv Lö Drian ictimaiyyətə açıq və şəxsi şəkildə “yumşaldıcı” bəyanatlar veriblər. Hər iki ölkə bu təkamülü müsbət amil kimi qiymətləndirməlidir. Qarşılıqlı maraqlar göz qabağındadır və erməni millətçilərinin onları pisləşdirmək cəhdləri nəzərə alınmalıdır” , — deyə o bildirib.

Paylaş: