24 Noyabr 2020 04:22

“Bayraktar” PUA-sının yaradıcısından Azərbaycan paylaşımı – FOTO

“Bayraktar TB2” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar Azərbaycana həsr edilmiş şeir yazıb. 

Turkustan.info xəbər verir ki, o, tvitter hesabında paylaşdığı şeirini “Cansan can, Azərbaycan” sözləri ilə bitirib. 

Səlcuq Bayraqdar həmçinin Azərbaycanlı gəncin ixtirasını səhifəsində paylaşıb.

“Şu yeryüzü er meydanı
Gönül sevmez her meydanı
Yüreksize yorgan döşek
Koç yiğite ver meydanı…

Yetişsin Asım’ın nesli
Etsin sana dar meydanı!
Geldiği gün kutlu çağrı
Bas, titresin yerin bağrı
Doğu’dan batıya doğru
Bir yay gibi ger meydanı.”

Qeyd edək ki, hazırda Qarabağda gedən döyüşlərdə Azərbaycan ordusu “Bayraktar TB2” PUA-sından düşmənə qarşı geniş istifadə etməkdədir. Belə ki, “Bayraktar” Ermənistan ordusu üçün kabusa çevrilib.

Paylaş: