26 Noyabr 2020 07:50

Ordumuzdan düşmənə sarsıdıcı zərbə: Komanda idarəetmə məntəqəsi və atəş nöqtələri məhv edildi – VİDEO

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

Paylaş: