24 Noyabr 2020 04:46

Türkiyə prezidenti “ARB24″ün xəbər aparıcısından danışdı – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı bu səhər Azərbaycan Respublikasının prezidenti ilə telefonla danışdığını bildirib.

Turkustan.info xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan “ARB24” televiziyasının aparıcısı Günel Mönsümovanın ağlayaraq Zəngilanın işğaldan azad edilməsi xəbərini çatdırmasını həmkarı İlham Əliyevlə müzakirə edib:

“Bu səhər qardaşım İlham Əliyevlə telefonla əlaqə saxladım. Azərbaycan televiziyasında aparıcının ağlamağı barədə onunla danışdıq. İndi azərbaycanlı qardaşlarımız işğal altındakı torpaqlara doğru irəliləyirlər. Həmd olsun, onları geri almağa başladılar. Heç bir şey əzmdən, imandan qaça bilməz”.

/Milli.Az/

 

Paylaş: