30 Noyabr 2020 14:48

Erməni əsgərləri üsyan edir: Üç gündür acıq, bizi atıblar bura, gediblər – VİDEO

Sosial şəbəkələrdə erməni hərbçilərinin yeni görüntüləri yayılıb. Yeniavaz.com xəbər verir ki, “facebook”da yayımlanan yeni görüntülərdə erməni hərbçiləri iki gündür ac olduqlarını, vəziyyətlərinin getdikcə ağırlaşdıqlarını bildirirlər. Samvel Avaqyan adlı sosial şəbəkə istifadəçisi videonu “Azərbaycanlılara ehtiyac yoxdur, içimizdəki düşmənlər bizə genosid edir” başlığı ilə paylaşıb.: Qeyd edək ki, həmin görüntülərin altına çox sayda ermənilər şərh yazıb. Onlardan bir neçəsini təqdim edirik: Artsuni Avetisyan: “Düşmən sizin kimi döyüş meydanında nələrin baş verdiyini bilməyəcək qədər sadəlövh deyil, ordumuz hər gün torpaqları təhvil verir, qoyunlarımız hələ də xain Nikloya dözürlər” Artsuni Avetisyan: “Düşmən sizin kimi döyüş meydanında nələrin baş verdiyini bilməyəcək qədər sadəlövh deyil, ordumuz hər gün torpaqları təhvil verir, qoyunlarımız hələ də xain Nikloya dözürlər” Gagik Şermazanyan: “Cəbhədə olan bu 18 yaşlı uşaqlar niyə kərtənklə kimi ağlayırlar? Mitinqlərdə insanları təkləyib döymək asan idi, müharibə necədir?

Paylaş: