25 Noyabr 2020 01:13

İsrail səfiri Azərbaycan xalqına təşəkkür edib – Foto

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan xalqına təşəkkür edib.

Bu barədə diplomat “Twitter”də yazıb:

“İsrailə humanitar səyləri ilə bağlı təşəkkür ifadə edən lütfkar mesajlarınız məni dərindən təsirləndirdi. Sizi əmin edirəm ki, hamısına cavab verə bilməsək də, göndərdiyiniz hər mesajı oxuyuruq və göstərdiyiniz dostluğu yüksək qiymətləndiririk. Təşəkkürlər!”. 

İsrail səfiri Azərbaycan xalqına təşəkkür edib

/Cebhe.info/

Paylaş: