30 Noyabr 2020 18:47

Ermənistan Sərhəd Qoşunlarının qərargah rəisi işdən çıxarıldı

Ermənistan Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan vəzifəsindən azad edilib.

Turkustan.info “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə məlumatı MTX-nin direktor müavini Armen Abazyan təsdiqləyib.

Q.Tevosyanın işdən azad edilməsinin səbəbləri açıqlanmayıb.   /Yenisabah.az/

Paylaş: