24 Noyabr 2020 22:35

İrəvanın Bakıya qarşı kobud səhvi… – Erməni analitik

Azərbaycanla danışıqlardan imtina Ermənistan hakimiyyətinin kobud səhvi idi.

Turkustan.info Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın “Stratfor” analitika şirkətinin analitiki, erməni əsilli jurnalist Onnik Krikoryan öz Tvitter səhifəsində yazıb.

Onun sözlərinə, bütün beynəlxalq icmalçılar Nikol Paşinyanın uğursuzluğa düçar olduğunu hesab edir:

“Bunu yalnız mən belə hesab etmirəm. Bu, millətçiliyi özünə sərf edərkən istismar edən populist siyasətçinin böyük səhvi olub”.

Jurnalist, həmçinin bildirib ki, son zamanlar fikirlərinə görə onun ünvanına təhdidlər səslənir.

Paylaş: